Author: Neandertal

  • 🩺 DAMV startet eine neue kostenlose Lernplattform für Innere Medizin!  🩺 DAMV daxili xəstəliklər üzrə yeni pulsuz təhsil platformasını istifadəyə verdi.

    🩺 DAMV startet eine neue kostenlose Lernplattform für Innere Medizin! 🩺 DAMV daxili xəstəliklər üzrə yeni pulsuz təhsil platformasını istifadəyə verdi.

    🇩🇪 Deutsch

    Der Deutsch-Aserbaidschanische Medizinerverband (DAMV e.V.) stellt eine neue interaktive Lernplattform mit 1.000 Multiple-Choice-Fragen zur Inneren Medizin zur Verfügung.

    Nach jeder Frage erhalten die Nutzer ausführliche Erklärungen zu Pathophysiologie, diagnostischem Denken und klinischer Praxis.

    Die Plattform richtet sich an Medizinstudierende sowie Ärztinnen und Ärzte, die ihr medizinisches Wissen überprüfen und vertiefen möchten.

    ✅ 1.000 Fragen auf Deutsch und Aserbaidschanisch
    ✅ Ausführliche medizinische Erklärungen
    ✅ Kostenlos und ohne Registrierung
    ✅ Interaktive Feedback-Funktion

    🔗 https://damvev.de/innere-medizin-test/

    ⚠️ Hinweis: Die Inhalte wurden KI-gestützt erstellt und sind noch nicht vollständig fachärztlich validiert. Über die Feedback-Funktion können Nutzer auf mögliche Fehler hinweisen und zur Verbesserung der Plattform beitragen.

    DAMV e.V. – Wissen teilen. Gemeinsam lernen. Medizin verbessern.


    🇦🇿 Azərbaycanca

    Alman-Azərbaycan Tibb İşçiləri Birliyi (DAMV e.V.) daxili xəstəliklər üzrə 1000 test sualından ibarət yeni interaktiv təhsil platformasını istifadəyə təqdim edir.

    Hər sualdan sonra istifadəçilər patofiziologiya, diaqnostik məntiq və klinik praktikaya dair ətraflı izahlarla tanış ola bilərlər.

    Platforma həm tibb tələbələri, həm də tibbi biliklərini yoxlamaq, yeniləmək və dərinləşdirmək istəyən həkimlər və digər tibb işçiləri üçün nəzərdə tutulub.

    ✅ Azərbaycan və alman dillərində 1000 sual
    ✅ Geniş tibbi izahlar
    ✅ Tamamilə pulsuz və qeydiyyatsız istifadə
    ✅ Səhvləri bildirmək və rəy göndərmək imkanı

    🔗 https://damvev.de/innere-medizin-test/

    ⚠️ Qeyd: Məzmun süni intellektin köməyi ilə hazırlanıb və hələ tam mütəxəssis yoxlamasından keçməyib. İstifadəçilər rəy sistemi vasitəsilə mümkün səhvləri bildirərək platformanın təkmilləşdirilməsinə töhfə verə bilərlər.

    DAMV e.V. – Bilik paylaşaq. Birlikdə öyrənək. Təbabəti inkişaf etdirək.

    #DAMV #InnereMedizin #Medizin #Medizinstudium #Fortbildung #Tibb #TibbiTəhsil #Həkimlər #MedicalEducation

  • 🇩🇪 DAMV-Vorstandsmitglied zum Chefarzt ernannt!  🇦🇿 DAMV İdarə Heyətinin üzvü Chefarzt vəzifəsinə təyin edildi!

    🇩🇪 DAMV-Vorstandsmitglied zum Chefarzt ernannt! 🇦🇿 DAMV İdarə Heyətinin üzvü Chefarzt vəzifəsinə təyin edildi!

     Eine erfreuliche Nachricht, auf die wir stolz sind!

     

    🇩🇪

    Nasrulla Nasrullayev, eines der Gründungsmitglieder und Vorstandsmitglied des Deutsch-Aserbaidschanischen Medizinerverbandes (DAMV e.V.), wurde zum 1. Juli 2026 zum Chefarzt der DGD Fachklinik Haus Immanuel in Bayern berufen. Gleichzeitig ist er Mitglied des neuen Leitungsteams der Klinik.

    Nasrulla Nasrullayev absolvierte sein Medizinstudium an der Aserbaidschanischen Medizinischen Universität. In Deutschland spezialisierte er sich auf Psychiatrie und Psychotherapie und sammelte über viele Jahre umfassende klinische Erfahrung in der Diagnostik und Behandlung psychischer Erkrankungen.

    Im Laufe seiner beruflichen Laufbahn war er zunächst am Bezirkskrankenhaus Bayreuth und anschließend an den Helios Fachkliniken Hildburghausen tätig. Dort stieg er zum Oberarzt auf und übernahm die Leitung eines Bereichs des Maßregelvollzugs (forensische Psychiatrie).

    In seiner neuen Position übernimmt er medizinische Führungsverantwortung an der DGD Fachklinik Haus Immanuel, die auf die Behandlung und Rehabilitation von Frauen mit Alkohol- und Medikamentenabhängigkeit spezialisiert ist. Die Klinik gehört zu den seit vielen Jahren etablierten spezialisierten Einrichtungen der Suchtrehabilitation in Deutschland.

    Nasrulla gehört zugleich zu den Gründungsmitgliedern unseres Verbandes, die sich seit der ersten Stunde aktiv am Aufbau und an der Weiterentwicklung des DAMV beteiligt haben.

    Die berufliche Weiterentwicklung aserbaidschanischer Medizinerinnen und Mediziner in Deutschland sowie ihre stärkere Repräsentation in Führungspositionen gehören zu den zentralen Anliegen unseres Verbandes. Daher ist dieser bedeutende Karriereschritt von Nasrulla für uns ein besonderer Anlass zur Freude und zum Stolz.

    Lieber Nasrulla, wir gratulieren dir nochmals von Herzen zu deiner neuen Position und wünschen dir viel Erfolg, Kraft und Freude bei dieser verantwortungsvollen Aufgabe! 🇦🇿🇩🇪

    DAMV e.V. – Deutsch-Aserbaidschanischer Medizinerverband 🇦🇿

    Alman Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV e.V.) qurucularından və İdarə Heyətinin üzvü Nəsrulla Nəsrullayev 1 iyul 2026-cı il tarixindən etibarən Almaniyanın Bavariya əyalətində yerləşən DGD Fachklinik Haus Immanuel klinikasının Chefarztı (baş həkimi) və klinikanın yeni rəhbər komandasının üzvü vəzifəsinə təyin edilib.

    Nəsrulla Nəsrullayev tibb təhsilini Azərbaycan Tibb Universitetində başa vurub. Almaniyada Psixiatriya və Psixoterapiya üzrə ixtisaslaşıb və uzun illər ərzində psixi xəstəliklərin diaqnostika və müalicəsi sahəsində klinik təcrübə qazanıb. Peşəkar fəaliyyətinin müxtəlif dövrlərində Bezirkskrankenhaus Bayreuth-da, daha sonra isə Helios Fachkliniken Hildburghausen-də çalışıb. Burada Oberarzt (aparıcı mütəxəssis) vəzifəsinə qədər yüksəlib və Maßregelvollzug (məhkəmə psixiatriyası) bölməsinə rəhbərlik edib.

    Yeni vəzifəsində o, alkoqol və dərman asılılığından əziyyət çəkən qadınların müalicə və reabilitasiyası üzrə ixtisaslaşmış DGD Fachklinik Haus Immanuel-ın tibbi rəhbərliyində yer alacaq. Klinika Almaniyada asılılıq reabilitasiyası sahəsində uzun illərdir fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrdən biridir.

    Nəsrulla eyni zamanda DAMV-ın yarandığı ilk gündən birliyimizin formalaşmasında və inkişafında yaxından iştirak edən qurucu üzvlərimizdəndir.

    Almaniyada fəaliyyət göstərən azərbaycanlı tibb işçilərinin peşəkar inkişafı və rəhbər vəzifələrdə təmsil olunması birliyimizin əsas məqsədlərindən biridir. Nəsrullanın peşəkar yolunda əldə etdiyi bu uğur da bizim üçün xüsusi sevinc və qürur mənbəyidir.

    Əziz Nəsrulla, səni yeni vəzifən münasibətilə bir daha ürəkdən təbrik edir, bu məsuliyyətli yolda böyük uğurlar arzulayırıq! 🇦🇿🇩🇪

    DAMV e.V. – Alman Azərbaycan Tibb İşçiləri Birliyi